Türkiyə Qəzza zolağında 20 səhra xəstəxanası yerləşdirməyə hazırdır. Bu barədə Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Koca məlumat verib.
“Qəzzə üçün 20 səhra xəstəxanası yerləşdirməyə hazırıq. Dənizə çıxmağı gözləyən üzən xəstəxana var. 40 təcili yardım göndərməyi planlaşdırırdıq, onlar öz tapşırıqlarını yerinə yetirməyə hazırdırlar. Əgər icazə verilsə, dərhal başlamağa hazırıq. Bölgədə tibbi tapşırıqlar yerinə yetirir “, TRT Haber telekanalı nazirə istinadən xəbər verir.
Nazir El-Ariş hava limanında səhra xəstəxanalarının yerləşdirilməsinin planlaşdırıldığını və Türkiyə nümayəndələrinin bu məsələ ilə bağlı Misir və Fələstinin səhiyyə nazirlikləri ilə sıx əlaqə saxladığını açıqlayıb. Onun sözlərinə görə, Türkiyə hökumətinin bazar ertəsi keçirilən iclasında Fələstinə humanitar yardımın göstərilməsi məsələsi müzakirə olunub. Prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edib. (Tass)