Türkiyə İran Xarici İşlər Nazirliyinin tələbi ilə ölkənin şimal-qərbində sərt eniş edən İran prezidenti İbrahim Rəisinin helikopterinin axtarışlarına kömək etmək üçün 32 nəfərlik alpinist xilasedici qrupunu İslam Respublikasına göndərib. Bu barədə Türkiyə Hökumətinin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
“İran Xarici İşlər Nazirliyi vasitəsi ilə ölkəmizdən gecəgörmə sistemi ilə təchiz edilmiş xilasedicilərdən 32 nəfər alpinistimiz və Van və Ərzurumdakı əyalət idarələrimizdən İrana 6 maşın tələb edib”. ((Tass)