Cümə günü İstanbulda Türkiyə, Rusiya və Ukrayna nümayəndələri arasında üçtərəfli görüşün keçirilməsi planlaşdırılır. Bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
“Sabah müxtəlif formatlarda daha bir silsilə görüşlər olacaq. Bunlar ABŞ, Ukrayna, Türkiyədir. Həmçinin Rusiya Federasiyası, Ukrayna və Türkiyə arasında üçtərəfli danışıqlar da gündəmdədir”.
Mənbə əlavə edib ki, “görüşün dördtərəfli formatda – ABŞ, Rusiya, Ukrayna və Türkiyə formatında baş tutub-tutmayacağı hələ məlum deyil”.