Türkiyə NATO üzvü olsa da, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRİKS ölkələri ilə qarşılıqlı əlaqədə problem görmür. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Newsweek” jurnalına açıqlamasında deyib.
“NATO-nun üzvü olaraq biz ŞƏT, BRİKS, Avropa İttifaqı və Türk Dövlətləri Təşkilatı ölkələri ilə qarşılıqlı əlaqəni problem hesab etmirik. Onun sözlərinə görə, “bu əlaqələr dünya sülhünə töhfə verir”.
Türkiyə lideri əlavə edib ki, ölkəsi bütün təşkilatlarla əməkdaşlıqda etibarlı tərəfdaş olaraq qalmağı bacardığı üçün “unikal vəziyyətdədir”. “Üzvü olduğumuz bütün strukturlarda etibarlı tərəfdaş kimi mövqeyimizi qoruyub saxlayırıq və gücləndiririk”, – Ərdoğan qeyd edib.
Daha əvvəl ŞƏT-in baş katibi Zhang Minq bildirmişdi ki, Türkiyə hətta NATO-ya üzv olmasına baxmayaraq, təşkilatın fəaliyyətində fəal iştirak edir və bu, digər dövlətlərə qarşı yönəlməyib. Zhang Mingin sözlərinə görə, Türkiyə tərəfi ilə qarşılıqlı fəaliyyət “Şanxay ruhu”na uyğun olaraq, təşkilatın nizamnaməsində göstərilən prinsiplərə əsaslanır. Bundan əlavə, iyun ayında Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirmişdi ki, Türkiyə BRİKS-də maraqlıdır, onu potensiala malik olan və digər ölkələrə alternativ təklif edən mühüm əməkdaşlıq platforması hesab edir. (Tass)