Türkiyə tərəfi qeyd edir ki, Türkiyə və Rusiya Xarici İşlər nazirliklərinin rəhbərləri Hakan Fidan və Sergey Lavrov arasında danışıqlar müsbət və konstruktiv keçib. Bu barədə Antalya Diplomatik Forumu çərçivəsində keçirilən görüşdə iştirak edən Türkiyə tərəfinin nümayəndələri TASS müxbiri ilə söhbətində bildiriblər.
“Nazirlərin danışıqları müsbət olub. Ümumilikdə, ikitərəfli gündəliyin bir sıra cari məsələləri müzakirə edilib. Türkiyə ilə Rusiya arasında əsas sahələrdə əməkdaşlıq və regional məsələlərə də toxunulub”, – həmsöhbətlərdən biri bildirib.
Digər nümayəndə isə bildirib ki, danışıqlarda Ukrayna məsələsi də müzakirə olunub. “Ukrayna məsələsi müzakirə olunub. Təfərrüatlı və konkret nüanslar deyil, daha çox vəziyyət və münaqişə ilə bağlı proseslərin gedişi haqqında”, – o qeyd edib. (Tass)