Türkiyənin xarici işlər naziri Hakan Fidan respublikanın Ukrayna üzrə danışıqların üçüncü raundunu İstanbulda keçirməyə hazır olduğunu bildirib.
“Dünən tərəflərlə ikinci raundda qəbul olunmuş qərarlar barədə danışdıq. Biz üçüncü tura keçmək arzusunun olduğunu görürük. Ruslar bu məsələ ilə bağlı ilkin açıqlama verdilər. Biz qonaqları qəbul etməyə hazırıq, vasitəçi rolunu oynamağa hazırıq”, – Fidan A- haber telekanalında deyib. (Tass)