Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin Ukraynadakı münaqişənin həllində, o cümlədən Rusiya ilə Ukrayna arasında danışıqların aparılmasında iştirak etməyə hazır olduğunu təsdiqləyib. O, bunu Ankarada Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə keçirdiyi mətbuat konfransında deyib.
“Biz sülhə nail olmaq üçün hər iki tərəfin iştirak etdiyi nizamlanma prinsiplərini həmişə dəstəkləmişik. Baxış nöqtəmiz dəyişməyib. Türkiyə tərəflər arasında danışıqların aparılması da daxil olmaqla, sülh səylərinə hər cür dəstəyi verməyə hazırdır. Ukrayna ilə bağlı müxtəlif ölkələr arasında təmasların hazırkı mərhələsində atəşkəsin zərurətində hər kəsin həmfikir olduğu aydındır. Təbii ki, bu məsələnin həllinə tərəflərin töhfə verməsi, Türkiyənin münaqişənin həlli istiqamətində işləməyə davam etdirəcəyi töhfəni verməsi vacibdir”, – deyə Fidan bildirib. (Tass)