Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken şənbə günü İstanbulda keçirilən görüşdə qlobal və regional gündəlikdəki aktual məsələləri, eləcə də ikitərəfli münasibətləri müzakirə ediblər. Bu barədə TASS-a Ankaradakı diplomatik mənbə danışıqlardan sonra məlumat verib.
“Yanvarın 6-da İstanbulda keçirilən görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ-ın dövlət katibi Antoni Blinken ikitərəfli münasibətləri, eləcədə Suriya və İraqdakı vəziyyət və Bakı ilə İrəvan atasındakı münasibətləri ətraflı müzakirə ediblər, – mənbə bildirib.
Fidanla danışıqlardan sonra ABŞ dövlət katibi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib. Görüş mətbuata qapalı keçirilib.
Regional tur çərçivəsində Türkiyənin ardından ABŞ dövlət katibi Yunanıstan, İordaniya, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, İsrail, Fələstin və Misirə səfər edəcək.