Türkiyə və Suriya ticarət əməkdaşlığı və gömrük əməliyyatları məsələlərini müzakirə edərək, azad ticarət sazişinin yenilənməsi imkanlarını araşdırmaq barədə razılığa gəliblər. Bu barədə Türkiyə Ticarət Nazirliyinin bəyanatında deyilir.
“Tərəflər iqtisadi əlaqələrə daha əhatəli yanaşma formalaşdırmaq üçün 2011-ci ildə ləğv edilmiş azad ticarət sazişinin yenilənməsi məqsədilə danışıqlara başlamaq barədə razılığa gəliblər”, – deyə departamentdən bildirilib.
Həmçinin gömrük rüsumları sisteminin auditinin aparılması qərara alınıb. “Bütün sərhəd məntəqələrində hər iki tərəf tərəfindən eyni məbləğdə tətbiq olunacaq bəzi mallar üçün gömrük rüsumlarına yenidən baxılması qərara alınıb”, – deyə Ticarət Nazirliyindən bildirilib.