Dekabrın 5-də Türkiyə və Ukrayna nümayəndə heyətləri arasında siyasi məsləhətləşmələr keçiriləcək. Bu barədə TASS-a Ankaradakı diplomatik mənbə məlumat verib.
“2023-cü il dekabrın 5-də Türkiyə ilə Ukrayna arasında ikitərəfli və regional məsələlər üzrə siyasi məsləhətləşmələr keçiriləcək. Onlarda Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar və Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Perebiynisin başçılıq etdiyi nümayəndə heyətləri iştirak edəcək”, – mənbə bildirib. (Tass)