Türkiyə Xarici İşlər Nazirliyi Stokholmdakı Türkiyə səfirliyi yaxınlığında respublika prezidenti Rəcəb Tayyib Ərdoğanın əleyhinə bəyanatlar səsləndirilən yeni mitinqi pisləyib.
“Biz bu gün, sentyabrın 29-da Stokholmdakı səfirliyimizin yaxınlığında prezidentimizə qarşı çirkin əməlin həyata keçirilməsini qəti şəkildə pisləyirik. Türkiyə ictimaiyyətinin gözlədiyi əsas odur ki, İsveç bizim seçilmiş məmurlarımıza qarşı bu cür təhqiramiz hərəkətlərin qarşısını alsın. Bu ölkədə sistematik şəkildə həyata keçirilən, həmçinin terror təşkilatlarının davam edən təbliğat fəaliyyətləri”, – Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Sabah qəzetinin məlumatına görə , daha əvvəl qadın Türkiyənin Stokholmdakı səfirliyi qarşısında polis nəzarəti altında piket keçirib. O, İsveçin NATO-ya daxil olmasını dəstəkləmədiyini, həmçinin Ərdoğana qarşı bir sıra açıqlamalar verdiyini bildirib.
Ankara İsveçdə Türkiyə və ya İslam əleyhinə yönəlmiş çoxsaylı təxribat xarakterli hərəkətlərlə bağlı dəfələrlə etiraz edib. Bir sıra belə aksiyalarda Türkiyədə terror təşkilatı kimi tanınan Kürdüstan Fəhlə Partiyasının tərəfdarları iştirak ediblər. (Tass)