Türkiyə Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün məkik diplomatiyasını davam etdirəcək. Bunu Ukraynaya cümə axşamı başlayacaq iki günlük səfəri ərəfəsində respublika Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan bildirib.
Fidan “Milliyet” qəzetinə deyib: “Biz mekik diplomatiyasını davam etdirəcəyik. Sülhə nail olmaq üçün səmimi səylər göstəririk. Biz bir həftə ərzində Rusiyaya, oradan da Ukraynaya gedə biləcək bir ölkəyik. Bu, ölkəmizə və prezidentimizə [Tayyib Ərdoğana] hörmətin çox mühüm əlamətidir. Biz bu fürsətdən istifadə edərək bölgəmizdə sülhün bərqərar olmasına çalışırıq”. (Tass)