Türkiyə polisi İsrailin xeyrinə casusluq etməkdə şübhəli bilinən 33 nəfəri saxlayıb. Bu barədə TRT Haber telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, əməliyyat səkkiz vilayətdə keçirilib, şübhəlilərin əksəriyyəti İstanbulda saxlanılıb.
Türkiyənin daxili işlər naziri Əli Erlikaya xəbərləri təsdiqləyib. “İstanbulda koordinasiya edilən səkkiz vilayətdə həyata keçirilən əməliyyat çərçivəsində 57 ünvanda İsrail kəşfiyyatı üçün ölkəmizdə işləmək şübhəsi ilə 33 nəfər saxlanılıb”, – nazir X-də (keçmiş Twitter) yazıb.
Onun sözlərinə görə, müəyyən edilib ki, saxlanılan şəxslər əcnəbi vətəndaşları izləyib və onları qaçırmaq planları hazırlayıblar. Yerlikaya onu da bildirib ki, saxlanılanlardan 143 min 830 avro, 23 min 680 dollar, lisenziyası olmayan tapança, çoxlu sayda patron və qanunsuz fəaliyyəti təsdiqləyən rəqəmsal materiallar ələ keçirilib. (Tass)