Türkiyənin Sivas-Yozqat şəhərləri istiqaməti ilə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq qarşı zolağa keçərək aşıb.
Busaat.az türk mediasına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, qəzada 12 nəfər ölüb, 19 nəfər isə yaralanıb
Xəbərdarlıq üzərinə hadisə yerinə Təcili Tibbi Yardım briqadası və polis qrupları sövq edilib.
Xəstəxanalara çatdırılan 19 yaralıdan birinin vəziyyətinin ağır olduğu bildirilib.