Martın 31-i bazar günü Türkiyədə keçiriləcək yerli seçkilərdə 61 milyondan çox seçici iştirak edəcək. Orada əsas mübarizə İstanbul və Ankara bələdiyyə sədrləri postları uğrunda gedəcək, indiki müxalif bələdiyyə sədrləri, sosioloqların proqnozlaşdırdığı kimi, yaxın 5 il ərzində postlarını qoruya bilərlər.
Analitiklər İstanbulu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası ilə ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyası (CHP) arasında siyasi qarşıdurmanın episentri adlandırırlar. Bir neçə son rəy sorğusuna görə, müxalifəti təmsil edən 16 milyonluq metropolisin meri Əkrəm İmamoğlu hakim partiyanın namizədi, keçmiş ekologiya naziri Murat Kurumu qabaqlayır.
İctimai rəyi öyrənən Sonar şirkətinin məlumatına görə, İmamoğlu seçkilərdə 47,3%, Kurum 40,4% səs toplaya bilər. Aksoy müxalifət bələdiyyə sədrinin 49,9%, AKP nümayəndəsinin 36,9% səs alacağını gözləyir. ORC mərkəzinin sorğusu, yerli siyasi strateqlərin qeyd etdiyi kimi, daha obyektivdir; o, həmçinin İmamoğlunun 42,4% səslə, Kurumun 41,3% səslə qalib gələcəyini proqnozlaşdırır.
Müxalifət təmsilçisinin İstanbulda qalib gələcəyinə dair sorğular martın son həftəsində 2,4-4,3 min respondent arasında reprezentativ seçmə əsasında keçirilib. Eyni zamanda, 5,8 mindən 7,5 minə qədər insanın iştirak etdiyi daha geniş miqyaslı tədqiqatlar fərqli mənzərə yaradır. Xüsusilə, Gezici şirkətinin məlumatına görə, Kurum seçkilərdə 42,3%, İmamoğlu 41,6% səs toplayacaq. Kodar İctimai Rəyi Öyrənmə Mərkəzi də AKP-nin namizədinə – 43,4% səs, 42,7% – müxalifət bələdiyyə sədrinə üstünlük verir. “Optimar” şirkəti ümumilikdə İstanbulun meri postu uğrunda əsas rəqiblər arasında minimal fərqin olacağını proqnozlaşdırır: Kurum 43,6%, İmamoğlu 43,2% qazanacaq.
(Tass)