Türkiyənin şimalındakı Amasiya vilayətində avtobusun aşması nəticəsində 5 nəfər ölüb, 30 nəfər yaralanıb. Bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Qəza Merzifon şəhəri yaxınlığında baş verib.
“Paytaxt Ankaradan Tokata gedən sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxıb”, – agentliyin açıqlamasında bildirilir.
30 zərərçəkən xəstəxanaya yerləşdirilib.