Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət məsələləri üzrə departament müdiri Hilmi Yaman və incəsənət nümayəndələri Milli Azərbaycan Tarixi Muzeyində olublar.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Türkiyəli qonaqlar muzeyin yeni ekspozisiyası və Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi ilə tanış olublar.
Qeyd edək ki, unikal eksponatlar ilə zənginləşdirilmiş ekspozisiya birinci və ikinci mərtəbələri əhatə etməklə ümumilikdə 26 zaldan (1684 kvadratmetr) (Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyinin ekspozisiyası istisna olmaqla) ibarətdir. Birinci mərtəbədə tarixin ən qədim çağlarından XIX əsrin əvvəllərinə qədər olan, ikinci mərtəbədə isə XIX əsrin ikinci yarısından indiyədək olan dövrlərə aid eksponatlar nümayiş edilir.