Türkiyənin daxili işlər naziri Əli Yerlikaya İsrailə Mossad xarici kəşfiyyat xidmətinin Türkiyə ərazisində Fələstinin radikal HƏMAS hərəkatının nümayəndələrinə qarşı mümkün əməliyyatının ciddi nəticələri barədə xəbərdarlıq edib. Nazirin açıqlaması “TRT Haber” telekanalına istinadən yayılıb.
“Bizim xüsusi xidmət orqanlarımız artıq müvafiq bəyanat verib. Belə bir təşəbbüs qəbuledilməzdir, bunun qiyməti çox ciddi olacaq”, – Yerlikaya bildirib.
Onun sözlərinə görə, hökumətin iclasında MOSSAD-ın Türkiyədə HƏMAS nümayəndələrinə qarşı əməliyyat keçirməsinin mümkünlüyü məsələsi müzakirə olunub.
Bazar ertəsi yerli KİV-in məlumatına görə, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı İsrail kəşfiyyat xidmətlərinə HƏMAS funksionerlərinin respublika ərazisində mümkün təqiblərinin nəticələri barədə xəbərdarlıq edib. Bu addım İsrailin Türkiyə və Qətər də daxil olmaqla Fələstindən kənarda yaşayan HƏMAS üzvlərini hədəfə ala biləcəyi xəbərləri fonunda atılıb. (Tass)