Qəzzada davam edən böhran fonunda Türkiyənin İsraillə ortaq enerji layihələrini həyata keçirməsi mümkün deyil. Bunu Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar CNN Türk telekanalına açıqlamasında deyib.
“İndiki şəraitdə İsraillə enerji layihələrinin həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırda bunlar Türkiyənin gündəmində deyil”, – nazir deyib.
Bayraktar daha əvvəl Türkiyənin İsraillə birgə enerji layihələrinin həyata keçirilməsi ilə bağlı əməkdaşlığı dayandırdığını bildirmişdi. (Tass)