Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda britaniyalı həmkarı Devid Kemeron ilə görüşündə Qəzzada dərhal və tam atəşkəsin vacibliyini bəyan edib. Bu barədə TASS-a danışıqlardan sonra türk diplomatik mənbəsi məlumat verib.
“Xarici işlər naziri Fidan görüşdə Qəzzada dərhal və tam atəşkəs və Yaxın Şərqdə davamlı sülhə nail olmaq üçün iki dövlətli həll variantının həyata keçirilməsinin təcili zəruriliyini vurğulayıb”, – mənbə bildirib. (Tass)