Beynəlxalq ictimaiyyət bundan dərs almasa, Qəzzada indiki böhran sonuncu ola bilməz. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan xəbərdarlıq edib.
“Əgər Qəzzada baş verən faciədən dərs almasaq, iki dövlətli həll yoluna gəlməsək, bu, Qəzzada son müharibə olmayacaq, bizi başqa müharibələr və göz yaşları gözləyir”, – deyə “Anadolu” agentliyi nazirdən sitat gətirib.
“Biz İsraili 1967-ci il sərhədlərini qəbul etməyə dəvət etməliyik. Təkcə Həmas deyil, bütün fələstinlilər 1967-ci il sərhədləri daxilində Fələstin dövləti yaratmağa hazırdırlar”, – deyə Fidan bildirib.
Türkiyə daha əvvəl dəfələrlə bəyan edib ki, İsrail və Fələstin arasındakı münaqişənin həlli üçün yeganə düstur paytaxtı Şərqi Qüdslə 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövlətinin yaradılmasıdır. (Tass)