Polşanın baş naziri Donald Tusk təsdiqləyib ki, ABŞ Rzeşovdakı Yasionki hava limanındakı logistika qovşağı vasitəsilə Ukraynaya hərbi ləvazimatların çatdırılmasını dayandırıb.
“Polşa-Ukrayna sərhədindən, Yasionkadakı mərkəzdən gələn xəbərlər Amerika tərəfinin bəyanatlarını təsdiqləyir”, – Tusk Polşa Nazirlər Kabinetinin iclasından əvvəl deyib, onun çıxışı TVP İnfo telekanalı tərəfindən yayımlanıb. (Tass)