Ukraynanın ABŞ-dan möhkəm təhlükəsizlik zəmanəti alacağına ümid indi əvvəlkindən daha az real görünür. Bu fikri Polşanın baş naziri Donald Tusk Seymdə (parlamentin aşağı palatası) çıxışı zamanı deyib.
“Çox aydındır ki , Ukraynanın yaxın gələcəkdə ABŞ-ın fiziki iştirakı ilə möhkəm təhlükəsizlik zəmanəti alacağına ümid, yumşaq desək, bu gün əvvəlkindən daha az inandırıcı görünür”, – deyə Tusk bildirib.
Martın 2-də ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals Ukraynanın münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların tərkib hissəsi kimi ərazilərdən imtina etməyə razılaşa biləcəyini deyib və bunu “təhlükəsizlik zəmanətləri üçün ərazi güzəştlərinin bir forması” adlandırıb. (Tass)