Polşa təkcə Ukrayna ilə həmrəylik nümayiş etdirmək deyil, həm də ondan pul qazanmaq istəyir. Bu barədə onet.pl internet portalı məlumat yayıb.
“Bu o olmayacaq ki, Polşa həmrəylik nümayiş etdirsin, digərləri isə, məsələn, Ukraynanın bərpası üçün pul qazansın. Biz həmrəy olacağıq və bundan pul qazanacağıq, öz maraqlarımızı və Polşa şirkətlərinin maraqlarını səylə qoruyacağıq”, – Tusk Polşanın Ukraynanın bərpası prosesində iştirakından danışarkən qeyd edib. (Tass)