Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumat yayıb.
Dövlət Komissiyasından Teleqraf-a verilən xəbərə görə, Əzizov Yusif İsmayıl oğlu, Musayev Mehman Camal oğlu və Qarayev Qafar Qəmbər oğlu Kəlbəcər şəhər qəbiristanlığında dəfn olunacaqlar.
Dəfn mərasimi iyulun 4-də keçiriləcək.
Qeyd edək ki, hər üç şəxs 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı itkin düşmüşdü. Onlar hərbi qulluqçu olublar.