Ukrayna artıq Qərb ölkələrindən 10 ədəd F-16 qırıcısı alıb və ilin sonuna kimi onların sayı 20-yə çatacaq. Bu barədə Economist jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, ümumilikdə Ukrayna hakimiyyəti 79 F-16 qırıcısına arxalana biləcək. Qərb 2025-ci il ərzində təyyarələri mərhələli şəkildə köçürməyə davam edəcək. (Tass)