Ukrayna hökuməti 18-22 yaş arası kişilərin sərhədi maneəsiz keçməsinə icazə verən qətnamə qəbul edib. Bu barədə ölkənin baş naziri Yuliya Sviridenko bildirib.
“Nazirlər Kabineti dövlət sərhədindən keçmə qaydasını yeniləyib. Hərbi vəziyyət dövründə 18-22 yaş arası kişilər sərhədi maneəsiz keçə biləcəklər. Bu, müvafiq yaşda olan bütün vətəndaşlara şamil edilir. Bu qərar müxtəlif səbəblərdən xaricə gedən vətəndaşlara da şamil edilir. Dəyişikliklər qərarın rəsmi dərc olunduğu gündən bir gün sonra qüvvəyə minəcək”, – deyə o, Teleqram kanalında yazıb.