Ukrayna Avropa İttifaqından 1,9 milyard avro şərtsiz maliyyə alıb. Bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
“Ukraynanın dövlət büdcəsi Avropa İttifaqından 1,9 milyard avro məbləğində şərtsiz maliyyələşdirmə (Prefinance) tranşı alıb.
Nazirliyin məlumatına görə, 2022-ci ilin fevral ayından etibarən Avropa İttifaqı Ukraynaya birbaşa büdcə yardımı şəklində demək olar ki, 35 milyard avro ayırıb. (Tass)