Enerji təchizatı problemləri fonunda Ukrayna Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıxal ölkənin Avropadan elektrik enerjisi idxalının rekord səviyyəyə çatdığını açıqlayıb.
O, Telegram-da elektrik enerjisi həcmləri barədə dəqiq məlumat vermədən yazıb: “Biz elektrik enerjisi idxalını artırırıq. Avropadan rekord səviyyəyə çatmışıq”.
Hazırda Ukraynada enerji təchizatı ilə bağlı problemlər davam edir. Generasturma və paylama infrastrukturuna geniş yayılmış ziyan səbəbindən ölkə gündəlik elektrik kəsintiləri tətbiq edir. Elektrik kəsintiləri gündə 8 saatdan 16 saata qədər davam edə bilər. Milli enerji şirkəti olan “Ukrenergo”nun rəhbəri Vitali Zayçenkonun qeyd etdiyi kimi, bu kəsintilər qış boyunca davam edə bilər. (Tass)
