Ukrayna hökuməti Avropa İttifaqından 6 milyard avro dəyərində kredit almaq üçün lazım olan sənədləri təsdiqləyib.Bu barədə Ukraynanın baş naziri Denis Şmıxal məlumat verib.
“Yaxın iki ay ərzində Ukrayna [Aİ-dən] 6 milyard avro ala biləcək. Bunun üçün hökumətin iclasında lazımi sənədlər təsdiqlənib”, – o Telegram kanalında yazıb.
Şmıqal qeyd edib ki, ümumilikdə 2024-cü ildə Kiyev Avropa İttifaqından 16 milyard avro almaq niyyətindədir.
Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk da Telegram kanalında bildirib ki, Ukrayna hökuməti 6 milyard avroya qədər Avropa kreditinin cəlb edilməsini təsdiqləyib.
(Tass)