Ukrayna Nazirlər Kabineti Zaporojye vilayətinin Kiyevin nəzarətində olan ərazilərində istehkamların tikintisinə 34 milyon dollardan çox vəsait ayırıb. Bu barədə Kiyev hakimiyyətinə tabe olan vilayət administrasiyasının rəhbəri İvan Fedorov məlumat verib.
“Nazirlər Kabineti Zaporojye istiqamətində istehkamların tikintisinə rekord məbləğdə – 1,3 milyard qrivna (34 milyon dollardan çox) ayırıb”, – o, Teleqram kanalında yazıb. Onun sözlərinə görə, işlər gecə-gündüz aparılır və “ən qısa zamanda başa çatdırılacaq”.
Fedorov istehkamların dəqiq harada tikildiyini açıqlamayıb. (Tass)