Ukrayna hökumətinin nümayəndə heyəti Ukraynadakı münaqişənin həlli üçün danışıqların planlaşdırıldığı Səudiyyə Ərəbistanına səfərə başlayıb.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanması üzrə təmasların gələn həftə də daxil olmaqla Səudiyyə Ərəbistanında aparılacağını bildirmişdi. O, həmçinin Rusiya prezidenti Vladimir Putinlə orada görüşməyi gözlədiyini təsdiqləyib. Vladimir Zelenski yaxın gələcəkdə Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Türkiyəyə səfər etmək niyyətində olduğunu bildirib, lakin əlavə edib ki, Rusiya və ABŞ-ın bu ölkələrdəki nümayəndələri ilə təmaslar planlaşdırılmır. Zelenskinin ofisinin rəhbəri Andrey Yermak Rusiya tərəfi ilə gözlənilən görüş barədə xəbərləri təkzib edib. (Tass)