Ukrayna ordusu və xalqı daha bir il silahlı qarşıdurmaya hazırlaşmalıdır. Bunu maliyyə naziri Sergey Marçenko deyib.
“Müharibə davam edir. Biz hələ bu müharibənin son mərhələsini görməmişik, hərbçiləri, xalqı bu müharibənin daha bir ilinə hazırlamalıyıq. Bunun üçün bizə pul lazımdır. 2025-ci ildən daha çox pul lazımdır. Bu il [keçən ildən] çox idi. Gələn il üçün 16 milyard avronu əhatə etmək lazımdır”, – Marçenko Kiyevdə keçirilən konfransda deyib. (Tass)