Ukrayna Müstəqil Dövlətlər İttifaqına (MDB) üzv ölkələrlə maşınqayırma və neft-kimya sahəsində əməkdaşlıq müqavilələrindən çıxıb. Bu barədə Ukrayna hökumətinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.
“Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrlə münasibətlərdə əsaslı dəyişikliklə əlaqədar Ukrayna 1993-cü il sentyabrın 24-də Moskvada bağlanmış maşınqayırma sahəsində əməkdaşlıq haqqında sazişdən çıxdı”, – o, Telegram kanalında bildirib .
Bundan əlavə, Melniçukun sözlərinə görə, Kiyev MDB ölkələri arasında kimya və neft kimyası sahəsində əməkdaşlıq haqqında 1994-cü il sentyabrın 9-da Moskvada imzalanmış sazişdən çıxır.
Ukrayna hakimiyyəti mütəmadi olaraq MDB çərçivəsində, habelə Rusiya, Belarus və Suriya ilə bağlanmış sazişlərdən çıxdığını elan edir.
(Tass)