Ukrayna KİV-lərinin 90%-i USAİD-in qrantlarının dayandırılması səbəbindən media işi üçün çox mənfi nəticələr gözlədiklərini bildirib. Bunu Ukrayna Kütləvi İnformasiya İnstitutunun keçirdiyi sorğunun məlumatları sübut edir.
Belə ki, sorğunun nəticələrinə görə, respondentlərin 59,2%-i fəlakətli nəticələr – bir çox “müstəqil media”nın fəaliyyətinin bağlanması və ya əhəmiyyətli dərəcədə ixtisar edilməsini gözlədiklərini bildirib. Digər 30% isə “əhəmiyyətli mənfi təsir gözləyir, lakin mediaya dəstək üçün yeni həll yollarının tapılmasının mümkünlüyünə inanır”. Nəşrlərin 5%-i təsirin orta səviyyədə olacağını və digər resurslar sayəsində sağ qala biləcəklərini söyləyib. Respondentlərin daha 4,2%-i təsirin minimal olacağını və əvvəlki kimi işləməyə davam edəcəklərini, 1,6%-i isə suala cavab verə bilməyib.
Araşdırmada qeyd olunur ki, sorğuda iştirak edən KİV-lərin yalnız 15,8%-i Amerika təşkilatlarından heç bir qrant almayıb. Eyni zamanda, nəşrlərin 35%-i maliyyə vəsaitinin 75%-dən çoxunu qrantlar hesabına əldə edib, qalanları isə daha az vəsait əldə edib. (Tass)