Ukrayna Müdafiə Nazirliyinin daxili auditi 10 milyard qrivnadan (263 milyon dollar) çox olan pozuntular aşkar edib. Departamentin rəhbəri Rustem Umerov bu barədə Facebook-da məlumat verib.
“Son dörd ayda 10 milyard qrivnadan (263 milyon dollar – TASS qeydi) çox dəyərində əvvəllər törədilmiş pozuntular müəyyən edilib”, o qeyd edib.
Umerov bu pozuntuların konkret nə olduğunu açıqlamayıb.
2023-cü ildə mətbuatda dərc olunan məqalələrdən sonra Ukrayna Müdafiə Nazirliyinin satınalmaları ətrafında korrupsiya qalmaqalları baş verdi. Ukrayna mətbuatının istinad etdiyi sənədlərə görə, hərbi idarə hərbi qulluqçular üçün ərzaqları Kiyev supermarketlərindəkindən iki-üç dəfə baha qiymətə alıb. Bundan sonra müdafiə nazirinin müavini Vyaçeslav Şapovalov və Müdafiə Nazirliyinin dövlət satınalmaları departamentinin direktor müavini Boqdan Xmelnitski vəzifələrini itiriblər. Onlar mənimsəmədə və oğurluqda ittiham olunublar. Avqust ayında Müdafiə Nazirliyi elan edilmiş parametrlərə cavab verməyən qış gödəkçələrinin alınması ilə yenidən yeni qalmaqalın mərkəzində oldu. Sentyabrın əvvəlində Müdafiə Nazirliyində çoxsaylı korrupsiya qalmaqalları fonunda idarənin rəisi Aleksey Reznikov vəzifəsindən azad edilib və onun yerinə Umerov keçib. (Tass)