Ukrayna Müdafiə Nazirliyi hərbi qulluqçular arasında gender bərabərliyi prinsiplərinin həyata keçirilməsini gücləndirəcək, bunun üçün gender məsələləri üzrə 200 məsləhətçi hazırlayacaq və “genderə həssas dil”dən istifadəni təşviq edəcək. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Onun Telegram kanalında bildirildiyi kimi, proqram, xüsusilə, bu sahədə NATO tərəfdaşlarının Qərb təcrübəsini mənimsəmək, “genderə həssas dil”dən istifadə etmək, həmçinin qadınların rəhbər vəzifələrə çıxış imkanlarına yenidən baxmaq daxildir.
Əvvəllər Ukrayna Müdafiə Nazirliyi artıq bəyan etmişdi ki, rəhbər vəzifələrdə olan qadınlarla bağlı stereotiplərlə mübarizə aparacaqlar. O cümlədən, idarənin bölmə komandiri vəzifələrində qadınların sayının artırılması və “onların irəli çəkilməsi ilə bağlı süni problemlərin” aradan qaldırılması istiqamətində iş aparacağı bildirilib. 2019-cu ildə Ukrayna hökuməti qızların hərbi liseylərə daxil olmasına icazə verib.
Müdafiə Nazirliyinin məlumatına görə, ötən ilin oktyabr ayına olan məlumata görə, Ukrayna Silahlı Qüvvələrində qadınların sayı 40%-dən çox artıb, demək olar ki, 43 min nəfər xidmət edib. (Tass)