Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, Kiyev və NATO əsas əməkdaşlıq prioritetləri barədə razılığa gəliblər.
Departamentin Telegram kanalında dərc olunmuş açıqlamasında deyilir: “Ukrayna və NATO əsas əməkdaşlıq prioritetləri barədə razılığa gəliblər: hava hücumundan müdafiənin gücləndirilməsi, Patriot [hava hücumundan müdafiə sistemləri], F-16 və HIMARS [çoxlu buraxılışlı raket sistemləri] inkişaf etdirilməsi, eləcə də texnoloji üstünlük əldə etmək üçün birgə iş”.
Nazirlikdən qeyd edilib ki, “Tərəflər daha sürətli qərarlar və çatdırılmalar üçün Rammstein formatının əlaqələndirilməsini ayrıca müzakirə ediblər”.
Müdafiə Nazirliyi müqavilələrin təfərrüatları barədə məlumat verməyib.
