Ukrayna Nazirlər Kabineti yeni səfərbərlik qaydaları haqqında səs-küylü qanun layihəsini Ali Radadan geri götürüb. Bu barədə parlamentin üzvü Yaroslav Jeleznyak məlumat verib.
“Ukraynanın Nazirlər Kabineti qanun layihəsinin geri götürülməsinə səs verdi” deyə o, Telegram kanalında yazıb.
Nazirlər Kabineti hələ ki, sənədin geri götürülməsi barədə rəsmi açıqlama verməyib. Parlamentin saytında qanun layihəsinin statusu ilə bağlı məlumatlar da hələlik yenilənməyib. Bununla belə, Jeleznyak qeyd edib ki, qanun layihəsinin statusu yaxın gələcəkdə “geri götürüləcək”.
RBC-Ukrayna agentliyi mənbələrə istinadən həmçinin bildirib ki, Nazirlər Kabineti deputatların təkliflərini nəzərə almaqla, yaxın vaxtlarda Radaya yenidən işlənmiş qanun layihəsi təqdim edəcək. (Tass)