ABŞ administrasiyası Ukrayna böhranının həllində irəliləyişin yetərli olmadığına qərar verərsə, diqqətini digər prioritetlərə yönəldəcək. Bu barədə ABŞ dövlət katibi Marko Rubio “The Free Press” ə müsahibəsində bildirib.
“Biz əlimizdən gələn hər şeyi etdik. Hökumətimizin ən yüksək səviyyələrində çox vaxt və səy sərf etdik. İrəli doğru yol olduğu müddətdə bunu etməyə davam edəcəyik” dedi. “Əgər nə vaxtsa bir-birimizdən çox uzaq olduğumuzu və kifayət qədər irəli getmədiyimizi görsək, biz başqa prioritetlərə keçməli ola bilərik, çünki dünyada çoxlu mühüm şeylər baş verir”, – deyə dövlət katibi bildirib.
“Bu, bizim müharibəmiz deyil. Bu müharibəni biz başlamamışıq. Biz hamıya onu sona çatdırmağa kömək etməyə çalışırıq”, – Rubio davam edib. “Amma ola bilsin ki, onlar [Rusiya və Ukrayna] bir-birindən çox uzaqdadırlar, amma ümid edirəm ki, belə deyil. Biz optimist olmalıyıq. Biz iki tərəfi bir-birinə daha da yaxınlaşdırmaq üçün mümkün olan hər şeyi etməyə hazır olmalıyıq. Və ümid edirəm ki, uğur qazanacağıq”, – o, yekunlaşdırıb. (Tass)