Ukrayna Xarici İşlər Nazirliyi Polşalı həmkarlarına Rusiyanın Poznandakı Baş Konsulluğunun binalarının istifadəyə verilməsi xahişi ilə müraciət edib. Bu barədə Ukrayna departamentinin rəhbəri Andrey Sibiqa məlumat verib.
“Biz artıq Polşa tərəfinə müvafiq sorğu ilə rəsmi nota göndərmişik və konkret təfərrüatları gözləyirik, buna görə də biz Poznan şəhərini konsulluğun genişləndirilməsi üçün mümkün yerlərdən biri hesab edirik”, – deyə Sibiqa Ukrinform-a müsahibəsində bildirib və əlavə edib ki, “Ukrayna bu evi qəbul etməyə və orada konsulluq idarəsi yerləşdirməyə hazırdır”.
Oktyabrın sonunda Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Pavel Vronski bildirmişdi ki, Rusiya Federasiyasının Poznandakı Baş Konsulluğu öz işini noyabrın 30-dək başa çatdırmalı, rusiyalı diplomatlar isə Polşanı tərk etməlidirlər, çünki “onlar Polşa Respublikasının ərazisində olması arzuolunmaz olan şəxslər” kimi tanınırlar. Onun sözlərinə görə, üç diplomatdan başqa, beş inzibati-texniki işçi, eləcə də ölkədə hələ də akkreditasiya almamış iki əməkdaş Rusiyaya qayıtmalı olacaq. (Tass)