Ukraynanın Türkiyədəki səfiri Nəriman Celyalov iddia edir ki, ölkə Kiyevin təhlükəsizliyinə təminat çərçivəsində öz hərbi kontingentini Ukraynaya göndərmək imkanını nəzərdən keçirir.
RBC-Ukrayna agentliyinin verdiyi məlumata görə, Celyalov bildirib ki, Türkiyə “təhlükəsizlik zəmanətinin təmin edilməsi çərçivəsində Ukraynaya qoşun göndərməyə artıq potensial olaraq hazır olan 10 ölkədən biridir”.
O, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə Ukraynanın təhlükəsizlik zəmanətləri toplusunda Türkiyənin iştirakı məsələsini də müzakirə etdiyini bildirib.
“Mən dünən Türkiyənin müdafiə naziri Yaşar Gülər ilə görüşdüm. Türkiyə yaxın gələcəkdə Qara dənizin minalardan təmizlənməsinə qoşulmağa hazırdır”, – Celyalov bildirib.