Son 24 saat ərzində Ukrayna hərbçiləri Kursk vilayətində 200-ə qədər hərbçini itirib, Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Bir gün ərzində Ukrayna Silahlı Qüvvələri 200-ə qədər hərbçi, bir tank, bir zirehli transportyor, iki döyüş zirehli texnikası, 13 avtomobil, iki HİMARS reaktiv yaylım atəşi sistemi, bir nəqliyyat-yükləmə maşını və bir müşayiət maşını, həmçinin iki artilleriya qurğusu və bir minaatanı itirib”. (Tass)