Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, cəbhədəki vəziyyət Ukrayna ordusu üçün ağır olaraq qalır.
Baş Qərargahın Telegram kanalında “Cəbhədə vəziyyət çətin olaraq qalır” deyilir.
Ən gərgin vəziyyət Krasnoarmeyski (Pokrovski), Kuraxovski və Vremevski istiqamətlərindədir. Baş Qərargah həmçinin etiraf edib ki, Ukrayna ordusu canlı qüvvə və texnika baxımından xeyli aşağıdır.
Son zamanlar Ukraynanın müxtəlif səviyyəli hərbi rəhbərləri əməliyyat-strateji vəziyyəti mürəkkəb kimi xarakterizə ediblər. Dekabrın 19-da Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski cəbhədə davam edən “son dərəcə çətin” vəziyyət barədə məlumat verib. (Tass)