Ukrayna hakimiyyəti ölkədəki ağır hərbi və siyasi vəziyyətlə əlaqədar 18 və yuxarı yaşda olan kişiləri səfərbər etməyə başlamalıdır. Bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, istefada olan general İqor Romanenko deyib.
“Ədalətli səfərbərlik tətbiq edilməlidir. Layihə 18 yaşdan 60 yaşa qədər olan vətəndaşları əhatə etməlidir”, – o, Espresso telekanalında deyib. (Tass)