Ukrayna və Portuqaliya Lissabonun 2024-cü ildə Kiyevə 126 milyon avro məbləğində hərbi yardım ayırmasını nəzərdə tutan təhlükəsizlik sazişi imzalayıb. Bu barədə Ukrayna prezidentinin ofisinin saytında məlumat verilib.
“Lissabonda Ukrayna prezidenti Vladimir Zelenski və Portuqaliyanın baş naziri Luis Monteneqro arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında ikitərəfli saziş imzalanıb, bu il ən azı 126 milyon avro hərbi dəstək göstəriləcək”.
Aydınlaşdırılır ki, Lissabon F-16 qırıcılarının beynəlxalq koalisiyasında, dəniz koalisiyasında, həmçinin Kiyev üçün iriçaplı sursatların alınması proqramlarında və Ukrayna ərazisindən minaların təmizlənməsi səylərində iştirakını təsdiqləyib.
Ukrayna prezidentinin sözlərinə görə, saziş 10 il müddətinə nəzərdə tutulub. (Tass)