Ukrayna Milli Polisi çağırışçılar arasında genişmiqyaslı yoxlama təşkil edib, bu müddət ərzində 60-dan çox axtarış aparılıb və 30-a yaxın hərbi xidmətdən yayınan şəxsə qarşı ittiham irəli sürülüb. Bu barədə polisin mətbuat xidməti məlumat yayıb.
“Mühafizəçi əməliyyatının üçüncü mərhələsi. Demək olar ki, 30 nəfərə qarşı ittiham irəli sürülüb. Bütün Ukrayna ərazisində 60-dan çox axtarış aparılıb. Cinayətkarları on ilə qədər həbs gözləyir”, – polisin saytında deyilir.
“Guardian” əməliyyatı səhhətinin pis olması və ya xəstə qohumlarının qayğısına qalması barədə uydurma tibbi arayışlardan istifadə edən hərbi xidmətdən yayınanları tapmaq üçün həyata keçirilir. Polisin məlumatına görə, hərbçilərdən biri hərbi xidməti tərk etmək üçün özünə xəsarət yetirib. (Tass)