Ukrayna Baş Prokurorluğu 2014-cü ilin fevralında Maydanda baş vermiş hadisələrlə bağlı “Berkut” xüsusi təyinatlı polis bölməsinin keçmiş komandirlərinə qarşı yeni ittihamların irəli sürüldüyünü açıqlayıb.
Ofisin Teleqram kanalında deyilir ki, onlar fevralın 18-dən 19-na keçən gecə Kiyevin mərkəzində “mitinqlərin keçirilməsinə qanunsuz mane olmaqda” ittiham olunurlar. Aydın olur ki, həmin vaxt Lvov və Xarkov vilayətlərində və Sevastopolda “Berkut” bölmələrinin komandirləri olmuş zabitlərə, həmçinin Lvov bölməsinin qərargah rəisinin köməkçisinə qarşı ittiham irəli sürülüb.
İşdə iştirak edən şəxslərin adları açıqlanmır. Qabaqlayıcı tədbirin seçilməsi məsələsi həll edilir. (Tass)