Ukrayna həbsxanalarında cəza çəkən məhkumların təxminən 20-30%-i şərti azadlığa çıxma müqabilində Ukrayna Silahlı Qüvvələrində xidmət etmək üçün müqavilə bağlaya bilər. Bunu ölkənin ədliyyə nazirinin müavini, idarədə cəza sisteminə nəzarət edən Yevgeni Pikalov deyib.
“Bu təşəbbüsün potensialından danışsaq, bizim proqnozlarımıza görə, Ukraynada məhkumların ümumi sayının təxminən 20-30%-i bu fürsətdən istifadə edə bilər”, – Pikalov “Ukrinform”a müsahibəsində deyib.
O əlavə edib ki, məhbusların səfərbər edilməsi “Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün mühüm ehtiyat” olaraq qalır. Nazir müavininin sözlərinə görə, Ukraynada cəmi 37 min məhkum və saxlanılan var.
Pikalov bildirib ki, 8,3 mindən çox məhkum bu fürsətdən yararlanıb, daha 1 min ərizəyə baxılır. Səfərbər olunanlar arasında 100 qadın da var. (Tass)