Ukrayna polisi hərbi yaşda olan kişilərin xaricə daşınması üçün kanalların müəyyənləşdirilməsi üzrə xüsusi əməliyyat çərçivəsində cümə günü ölkə daxilində 600-dən çox axtarış aparır. Milli Polis bu barədə Facebook-da məlumat yayıb.
“DSR (Strateji Təhqiqatlar Departamenti) əməliyyatçıları və Milli Polis müstəntiqləri tərəfindən 600-dən çox axtarış aparılır və bu, hərbi yaşda olan kişilərin xaricə ixracı üçün kanalların bağlanması üzrə xüsusi əməliyyatın yalnız birinci mərhələsidir” bəyanatda deyilir.
İdarədən verilən məlumata görə, tədbirlər rəsmi keçid məntəqələrindən yan keçməklə sərhədi qanunsuz keçməyə köməklik göstərən qrupların təşkilatçıları və iştirakçılarının müəyyənləşdirilməsinə yönəlib.